Bu gün AÇ-2024-də qrup mərhələsinin ikinci turunun növbəti oyunları keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, əvvəlcə F qrupunun qarşılaşmaları oynanılacaq. Gürcüstan Çexiyanın, Türkiyə isə Portuqaliyanın müqavimətini qırmağa çalışacaq.

E qrupunda isə birinci turda uduzan Belçika Rumıniya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Avro-2024

Qrup mərhələsi, II tur

22 iyun

F qrupu

17:00 Gürcüstan – Çexiya

20:00 Türkiyə – Portuqaliya

Xal durumu: Türkiyə – 3, Portuqaliya – 3, Çexiya – 0, Gürcüstan – 0

E qrupu

23:00 Belçika – Rumıniya

Xal durumu: Rumıniya – 3, Ukrayna – 3, Slovakiya – 3, Belçika – 0