Transfer çalışmalarını davam etdirən "Qalatasaray"ın yarımmüdafiə və sağ cinah müdafiəçisi transferi üçün büdcəsi bəlli olub. "Sarı-qırmızılılar"ın 2 mövqe üçün xeyli pul xərcləyəcəyi gözlənilir.

İqtisadiyyat.az "Milliyet"ə istinadən xəbər verir ki, "Qalatasaray" sağ cinah müdafiəsi və yarımmüdafiə mövqeləri üçün 25 milyon avro büdcə ayırıb. "Sarı-qırmızılılar"ın büdcəsinin əhəmiyyətli hissəsinin 8 nömrənin transferinə sərf ediləcəyi iddia edilir.

"Qalatasaray"dan ayrılacaq futbolçuların taleyindən asılı olaraq transfer prosesində yeni adlar da gündəmə gələcək. "Sarı-qırmızılılar" futbolçu satışları ilə xərc yükünü azaldacaq.