Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin oyunları keçirilir.
İqtisadiyyat.az xəbər verir ki, E qrupunun 3-cü turu çərçivəsində 2 görüş keçirilib. Rumıniya millisi Slovakiya ilə üz-üzə gəlib. Hərəyə bir qol vuran millilər 1-1 hesablı heç-heçə ediblər.
Digər qarşılaşmada isə Ukrayna və Belçika milliləri qarşılaşıblar. Bu oyunda qol səsi edilməyib. Matç 0-0 hesabli heç-heçə ilə başa çatıb.
E qrupunda bütün komandaların 4 xalı olsa da, növbəti mərhələyə Rumıniya və Belçika milliləri yüksəliblər. Ukrayna millisi isə 4-cü olaraq turnirlə vidalaşıb.
AÇ-2024
Qrup mərhələsi, III tur
E qrupu
20:00 Slovakiya – Rumıniya 1:1
Qollar: O.Duda, 24 – R.Marin, 37 (pen.)
20:00 Ukrayna – Belçika 0:0
Xal durumu: Rumıniya – 4, Belçika – 4, Slovakiya – 4, Ukrayna – 4.