AÇ-2024-ün qrup mərhələsinin III turuna start verilib.

İqtisadiyyat.az xəbər verir ki, birinci oyun günündə A qrupunun oyunları baş tutub.

1/8 finala vəsiqəni təmin edən Almaniya İsveçrə ilə qarşılaşıb. Matç 1-1 hesablı heç-heçə ilə başa çatıb.

Digər görüşdə isə Şotlandiya yığması Macarıstanla münasibətlərinə aydınlıq gətirib. Macarlar 0-1 hesablı qələbəyə seviniblər.

Almaniya və İsveçrə milliləri növbəti mərhələyə yüksəliblər.

AÇ-2024

Qrup mərhələsi, III tur

23 iyun

A qrupu

23:00 İsveçrə – Almaniya 1:1

Qollar: Ndoy, 28 – N.Fulkruq, 90+2

23:00 Şotlandiya – Macarıstan 0:1

Qol: Sobot, 90+10

Xal durumu: Almaniya – 7, İsveçrə – 5,, Macarıstan – 3, Şotlandiya - 1.