Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin oyunları keçirilir.
İqtisadiyyat.az xəbər verir ki, D qrupunun 3-cü turu çərçivəsində iki görüş baş tutub. Fransa millisi Polşa ilə qarşılaşıb. Matç 1-1 hesablı heç-heçə ilə başa çatıb.
Digər qarşılaşmada isə Niderland millisi Avstriya ilə üz-üzə gəlib. Avstriya millisi 2-3 hesablı qələbə qazanaraq liderliyə yüksəlib və Fransa ilə birlikdə növbəti mərhələyə yüksəlib.
AÇ-2024
Qrup mərhələsi, III tur
25 iyun
D qrupu
20:00 Fransa – Polşa 1:1
Qol: K.Mbappe, 56 (pen.) – Levandovski, 79 (pen.)
20:00 Niderland – Avstriya 2:3
Qollar: K.Qakpo, 47, M.Depay, 75- D.Malen, 6 (avtoqol), R.Şmid, 59, M.Sabitser, 80
Xal durumu: Niderland – 4, Fransa – 4, Avstriya – 3, Polşa – 0