Qarabağdan aparılan torpaq bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) İYİ Partiya sədri Meral Akşenerə təqdim olunub.

İqtisadiyyat.az xəbər verir ki, tədbir Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib.

Torpağı İYİ Partiyadan olan deputat Kürşad Zorlu Qarabağa səfəri zamanı götürüb və özü ilə qardaş ölkəyə aparıb.

Torpağı partiya sədrinə Ankara Yıldırım Bəyazıt Universitetinin azərbaycanlı tələbəsi Sədrəddin Məmmədli və Ankara Universitetində təhsil alan azərbaycanlı Qüdrət Səmədov təqdim edib.

"Bunu partiyamız Azərbaycanın Qarabağdakı zəfərinin ilk günündən etmək istəyirdi", - K.Zorlu bildirib. (report)