"800-dən çox atıcı silah və 5 minə yaxın döyüş sursatı təhvil verilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. 

"Razılaşmalar yerinə yetirilir. Qarabağdakı silahlı ünsürlər Rusiya sülhməramlılarının nəzarəti altında silahlarını təhvil verməyə davam edirlər. Bu günə qədər silahlı dəstələr tərəfindən 6 ədəd zirehli texnika, 800-dən çox atıcı silah və 5 minə yaxın döyüş sursatı təhvil verilib”, - açıqlamada qeyd edilir.

*** 19:51

Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri 800-dən çox silahı təhvil verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələri məlumat yayıb.

Bildirilib ki, təhvil işləri Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar əsasında aparılır.

Rusiya sülhməramlıları silah-sursatların təhvili prosesinə nəzarət edir.