"İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında hökmranlıq edən HƏMAS hərəkatının hərbi potensialını və inzibati imkanlarını məhv etməyə davam edəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant Cənubi Afrika Respublikasının iddiası çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsinin qabaqlayıcı tədbirlərlə bağlı qərarını şərh edərkən deyib.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilib: "İDF HƏMAS terror təşkilatının hərbi və liderlik potensialını məhv etmək və girovları evlərinə qaytarmaq üçün fəaliyyətini davam etdirəcək". 

"Mən İsrail ordusunun komandirlərinə və əsgərlərinə və təhlükəsizlik qüvvələrinə tam güvənirəm", - Qalant davam edib.

"Ədalət axtaranlar bunu Haaqadakı məhkəmə zallarının dəri kreslolarında tapmayacaqlar, 136 girovun saxlandığı və uşaqları öldürənlərin gizləndiyi Qəzza zolağında, HƏMAS tunellərində tapacaqlar", - Qallant əlavə edib.