Qalata körpüsündə asfalt yenilənmə işlərinin birinci mərhələsi bu gecə saat 00:00-dan etibarən başlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) məlumat yayıb.

Məlumata görə, iki mərhələdə həyata keçiriləcək işlər çərçivəsində körpüdəki nəqliyyat axını alternativ yollara yönləndiriləcək.

20 gün davam edəcək işlərin ilk mərhələsində bu gecə saat 00.00 etibarilə Karaköy-Eminönü istiqaməti nəqliyyatın hərəkətinə bağlanacaq. Bu müddətdə Karaköydən Eminönü istiqamətinə gedəcək nəqliyyat vasitələri Karaköydən Tersane prospektinə yönləndiriləcək. Belə ki, Atatürk körpüsündən sonra Unkapanı qovşağı və Raqıp Gümüşpala küçəsi vasitəsilə Eminönünə nəqliyyat təmin ediləcək.

İkinci mərhələdə Eminönü-Karaköy istiqaməti nəqliyyata bağlanacaq. Eminönündən Karaköy istiqamətinə gedən avtomobillər Eminönündən Raqıp Gümüşpala küçəsinə yönləndiriləcək. Unkapanı qovşağından sonra Atatürk körpüsü və Tersane küçəsi ilə Karaköyə nəqliyyat təmin ediləcək.

Sözügedən təmir işlərindən tramvay xidmətləri təsirlənməyəcək. Müəyyən edilmiş müvəqqəti marşrutlar üzrə avtobusların hərəkəti də həyata keçiriləcək.