"Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri iki prezidentin qrafikinə görə baş tutmayıb".

İqtisadiyyat.az xəbər cerir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, dövlət başçılarının ziddiyyətli qrafikləri səbəbindən Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü hələ baş tutmayıb. O, Moskva ilə Ankara arasında münasibətlərin pisləşməsi ilə bağlı təəssüratları isə səhv adlandırıb.

Eyni zamanda, Peskov Rusiya ilə Türkiyə arasında iqtisadi münasibətlərdə çətinliklərin olduğunu bildirib.

 

Gözəl Həşimova