"Fələstin-İsrail münaqişəsi zonasında, "müqəddəs torpaqda" baş verənləri təşvişlə izləyirik.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Putin Rusiyanın bütün əsas dini konfessiyalarının nümayəndələri ilə görüşdə deyib: "Biz hamımız xristianlar, müsəlmanlar, yəhudilər üçün müqəddəs əhəmiyyət kəsb edən müqəddəs torpaqlardakı faciəli vəziyyəti narahatlıq və ürək ağrısı ilə izləyirik".

O, Fələstin-İsrail münaqişəsinin yeni mərhələsinin artıq minlərlə insanın həyatına son qoyduğuna diqqət çəkib və Rusiyanın beynəlxalq terrorizmin nə olduğunu öz təcrübəsindən keçirdiyini qeyd edib. "Biz bunun (beynəlxalq terrorizm - red.) nə olduğunu bilirik. Beynəlxalq terrorizmlə mübarizə illərində ölkənin məruz qaldığı əvəzedilməz itkilərin acısını həmişə hiss edəcəyik".

"Bu il oktyabrın 7-də baş vermiş hücum zamanı yaxınları həlak olan və yaralanan israillilərin ailələrinə və digər ölkələrin vətəndaşlarına səmimi qəlbdən başsağlığı vermək istəyirəm", - deyə prezident əlavə edib.