Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla BMT Baş Assambleyasının iclasından sonra yenidən görüşə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Məlumata görə, BMT Baş Assambleyası sentyabrın 19-dan 26-dək keçiriləcək. İclasın ilk günü Ərdoğanın çıxışı gözlənilir.

Əlavə edək ki, sentyabrın 4-də Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər. 

 

Gözəl Həşimova