"Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzi üçün elektron platforma yaradılmasını nəzərdən keçiririk".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib. 

"Türk dostlarımız, biz və Avropada Rusiya enerji məhsullarını almaq istəyən hər kəs bu layihə ilə maraqlanır", - o qeyd edib.

Rusiya prezidenti Vladimir Putin Rusiyanın paytaxtı Moskvada keçirilən Rusiya Enerji Həftəsinin əsas sessiyasında açıqlama verib.

Türkiyədə yaradılması planlaşdırılan təbii qaz mərkəzindən danışan Putin Azərbaycanın da layihəyə maraq göstərdiyini bildirib.

İşlər irəlilədikcə digər ölkələrin də layihəyə qoşulmasını gözlədiklərini qeyd edən Putin əlavə edib: "Biz ilk növbədə Avropa qitəsində təbii qaz ticarəti üçün elektron platforma yaratmaqdan danışırıq", - Rusiya prezidenti deyib.

Putin "Türk axını" və "Mavi Axın" vasitəsilə Türkiyəyə təbii qazı səmərəli şəkildə çatdırmağa davam etdiklərini və gələcəkdə bu infrastrukturun genişləndirilə biləcəyini vurğulayıb.