"Moskva ilə Ankara arasında ticarət əlaqələri inkişaf edir. Ötən il ticarət dövriyyəsi 86% artıb. Bu ilin ilk yarısında da müsbət tendensiya davam edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.

Putinin sözlərinə görə, mövcud tendensiya keçən il olduğu qədər güclü olmasa da, müsbət istiqamətdə davam edir: "Bundan əlavə, əlaqələr getdikcə rəngarəngləşir. Təkcə kənd təsərrüfatı və energetika kimi əməkdaşlığımızın ənənəvi sahələri deyil, digər sahələr də inkişaf edir və bu, məni çox sevindirir".​