"Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra rəsmi Kreml taxıl müqaviləsinin bərpası haqqında düşünməyə hazırdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Soçidə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

"Prinsipial mövqeyimizi bir daha təkrar etmək istərdim. Biz taxıl sazişinin bərpası imkanlarını nəzərdən keçirməyə hazırıq. Ancaq əvvəlcə Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağa aradan qaldırılmalıdır", - Putin bildirib.

Putin bildirib ki, Rusiya bütün tələbləri yerinə yetirildikdən sonra bir neçə gün ərzində taxıl müqaviləsinə qayıdacaq: "Biz taxıl sazişinin əleyhinə deyilik, bizə verilən vədlər yerinə yetirilən kimi dərhal ona qayıtmağa hazırıq".