"Rusiya ilə Türkmənistan arasında münasibətlər bu il də dərin strateji tərəfdaşlıq fonunda dinamik inkişaf edib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkmən həmkarı Serdar Berdiməhəmmədova yeni il təbriki məktubunda bildirib.

Onun sözlərinə görə, il ərzində ölkələr arasında müsbət dialoq davam etdirilib:

“İki ölkə arasında ticari-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə əməkdaşlıq yaxşı nəticələr verib. Dost xalqlarımızın mənafeyi naminə, Mərkəzi Asiya və Xəzər regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi naminə beynəlxalq gündəliyin aktual məsələləri üzrə konstruktiv birgə işi davam etdirəcəyik”.

 

Gözəl Həşimova