Rusiya prezidenti Vladimir Putin gələn ay 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edə biləcəyinə dair siqnallar verə bilər.

Bu barədə İqtisadiyyat.az “Kommersant”a istinadən xəbər verir.

Məlumata görə, Kreml məsələ ilə bağlı şərh verməyib.

Xatırladaq ki, Putin İosif Stalin dövründən bəri Rusiyada daha uzun müddət hakimiyyətdə olan prezidentdir. Onun oktyabrın 7-də 71 yaşı olacaq.

 

Gözəl Həşimova