"Rusiya prezidenti Vladimir Putin hələlik yeni prezidentlik müddətinə namizədliyini açıqlamayıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

Onun sözlərinə görə, hətta prezident seçkiləri də hələ rəsmi olaraq elan edilməyib.

Qeyd edək ki, Rusiyada prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi planlaşdırılır.

 

Gözəl Həşimova