"Rusiya prezidenti Vladimir Putin hələ ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş planlaşdırmır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Vladimir Putinin sözçüsü Dmitri Peskov "TASS"ın sualını cavablandırarkən jurnalistlərə bildirib.

Əlavə edək ki, Türkiyə prezidenti bundan əvvəl Fars körfəzi ölkələrinə səfəri başa çatdıqdan dərhal sonra rusiyalı həmkarı ilə taxıl sazişi ətrafında yaranmış vəziyyəti müzakirə etmək niyyətində olduğunu bəyan edib.

 

Gözəl Həşimova