Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ukrayna və Suriyadakı vəziyyəti, həmçinin taxıl müqaviləsini müzakirə etmək niyyətindədir.

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, Rusiya prezidenti türkiyəli həmkarı ilə görüşü zamanı Ukrayna böhranı ilə bağlı məsələləri diqqətdən kənarda qoymayacağını bildirib.

"Mən bilirəm ki, siz taxıl sazişi məsələsini gündəmə gətirmək niyyətindəsiniz, biz bu məsələ ilə bağlı danışıqlara açığıq. 

Eyni zamanda biz Suriyadakı vəziyyəti tənzimləmək üçün çox işlər görmüşük, bu məsələnin Türkiyə  üçün nə qədər həssas olduğunu bilirəm”, deyə Putin qeyd edib.

Gülşən Şərif