Rusiya prezidenti Vladimir Putin sanksiya tətbiq edilən xarici şəxslərə və qurumlara məxsus vəsaitlərin dondurulmasına icazə verən qərarı təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putinin qərar imzalayıb.

Qərara əsasən, Rusiyanın sanksiya tətbiq etdiyi şəxslərə və qurumlara məxsus vəsaitlər dondurula bilər.

Sanksiyaya məruz qalan əcnəbilər tərəfindən transsərhəd pul köçürmələrinin qadağan edilməsinə də icazə verən qərar 180 gün ərzində qüvvəyə minəcək.

Qərarla banklar tərəfindən sanksiya tətbiq edilən xarici qurumlara və ya fiziki şəxslərə pul köçürmələri də qadağan edilib.