"Rusiya prezidenti Vladimir Putinin gələn həftə "İyirmilik Qrupu"nun (G20) virtual sammitində və BRİCS liderlərinin telekonfransında iştirak edəcəyi gözlənilir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Rossiya-1" telekanalının "Moskva. Kreml. Putin" verilişində məlumat verilib.

Hindistanın ev sahibliyi ilə keçiriləcək G20 liderlərinin onlayn sammiti noyabrın 22-nə planlaşdırılıb.

Putin gələn həftə Moskvada Tacikistan lideri Emoməli Rəhmonla da görüşəcək. Noyabrın 23-də Minskdə Putinin şəxsən iştirak edəcəyi KTMT liderlərinin sammiti planlaşdırılır.

Bundan əlavə, telekanalın məlumatına görə, Putin noyabrın 22-dən 24-dək Sberbank-ın təşkil etdiyi süni intellekt (AI) və maşın öyrənməyə həsr edilmiş "AI Journey" beynəlxalq konfransında iştirak edəcək.