Bu gün Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə baş tutan və təxminən 3 saat davam edən görüş bir sıra önəmli açıqlamalarla yadda qaldı. 

İqtisadiyyat.az xəbər verir ki, liderlərin açıqlamaları ilə yanaşı, onlar üçün təqdim edilən nahar menyusu da jurnalistlərin diqqətini çəkib. 

Rusiya mediası menyunun fotosunu ictimailəşdirib. 

Menyuda ilk təam xiyar və avokado ilə hisə verilmiş farel salatıdır. 

İkinci sırada tomatlı kefal filesi qeyd edilib. 

Mal əti ilə Xarço supu menyunun digər təamıdır. 

Siyahının sonlarında liderlərə tərəvəz və ispanaq sousu ilə kefal və ya püre ilə qızardılmış quzu əti təklif edilir. 

Menyunun sonunda isə quş südü qeyd edilib. 

Prezidentlərin bunlardan hansıları yeyib yemədiyi mediaya məlum deyil.