Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə gediblər.

AZƏRTAC-ın məlumatına görə, onlar qəsəbədə əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov parkda yaradılan şərait barədə dövlət başçısına məlumat veriblər.

Sonra dövlət başçısı və birinci xanım burada istirahət edən sakinlərlə görüşüb söhbət ediblər.