Azərbaycan Prezidenti İlham Əliyev bu gün imzaladığı Sərəncamla Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhədi Xidməti tərəfindən ümumilikdə 1262 nəfər təltif olunub.

İqtisadiyyat.az xəbər verir ki, 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan 206 hərbi qulluqçu, eyni zamanda, 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli–Füzuli–Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan 8 polis əməkdaşı da təltif olunanlar arasındadır.

Bundan başqa, Vətən Müharibəsində itkin düşmüş və şəhid statusu almış 1 hərbi qulluqçu, Vətən Müharibəsinin iştirakçısı, I qrup müharibə əlili də təltif edilib.