Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günündə - 24 dekabrda TƏBİB-in tabeliyində fəaliyyət göstərən Siyəzən Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan əkizlərə valideynləri İlham və Mehriban adlarını veriblər.
Bu barədə İqtisadiyyat.az-a TƏBİB-dən məlumat verilib.
Hazırda ana və körpələrin vəziyyəti stabildir, həkim və tibb bacıları tərəfindən ciddi nəzarət altındadırlar.