Rusiya Mərkəzi Seçki Komissiyası martda keçiriləcək prezident seçkilərində müstəqil namizəd olan Rusiya prezidenti Vladimir Putinin aktivlərini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Komissiyanın yaydığı məlumata görə, Putinin Sankt-Peterburqda 78 kvadratmetrlik mənzili və həmin şəhərdə 18 kvadratmetrlik qarajı var.

Putinin 1960 model GAZ M21, 1965 model GAZ M21 və 2009 model Niva markalı avtomobilləri olduğu halda, Rusiya liderinə məxsus 10 müxtəlif bank hesabında cəmi 54,4 milyon rubl (təxminən 606 min dollar) var.

Sankt-Peterburq Bankında da 230 səhm sahibi olan Putin, 2018-ci ildə başlayan prezidentlik dövrünü əhatə etməklə, son 6 ildə 67 milyon rubldan (təxminən 745 min dollar) çox gəlir əldə edib.