“2024-cü il prezident seçkilərində qalib gəlsəm, prezidentlik dövrümdə müsəlman ölkələrinə tətbiq edilən səyahət qadağası yenidən qüvvəyə minəcək və federal hüquq-mühafizə bölmələri Meksika sərhədində yerləşdiriləcək”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp bəyan edib.

İmmiqrasiya siyasətini “milləti məhv edən bir fəlakət” olaraq xarakterizə edən Tramp, yenidən prezident seçiləcəyi təqdirdə ABŞ tarixində ən böyük deportasiya əməliyyatını təşkil edəcəyini bildirib.

Xatırladaq ki, Tramp vəzifəyə gəldikdən bir həftə sonra 2017-ci ildə İran, Suriya, Liviya, Yəmən, Somali, Çad və Şimali Koreyaya səyahət qadağası qoyub.

 

Gözəl Həşimova