“O ki, qaldı gələcək planlarımıza burada da birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik var”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatda deyib.

Dövlət başçısı bildirib ki, biz böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik: “Bu gün biz Anaklia limanının inşası ilə bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var. O limanın genişləndirilməsi əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tblisi-Qars dəmiryolunun aşırma qabiliyyətini 5 dəfədən artıq artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da əlbəttə ki, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək”.