Portuqaliya Qırmızı dənizdə gəmilərin qorunması üzrə Avropa missiyasında iştirak edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Portuqaliyanın xarici işlər naziri Joao Qomeş Karvinyo məlumat verib.

"Bu, əlbəttə ki, freqat və ya gəmi ilə olmayacaq, lakin bizim tərəfimizdən missiyada müəyyən iştirak olacaq", - diplomat qeyd edib.

Daha əvvəl, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrel bildirib ki, icmanın xarici işlər nazirliklərinin rəhbərləri Qırmızı dənizdə missiyanın yaradılması ilə bağlı razılığa gəliblər. Diplomatın sözlərinə görə, Aİ ölkələri indi missiyanın təfərrüatlarını müzakirə etməli və onun nə vaxt göndəriləcəyinə qərar verməlidir.