Polşanın yeni Baş nazirinin adı müəyyənləşib. 

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Polşa Seymi (parlamentin aşağı palatası) Donald Tusku ölkənin Baş naziri seçib.  

Məlumata görə, 248 deputat Tuskun namizədliyinin lehinə, 201 deputat isə əleyhinə səs verib. 

Bildirilir ki, deputatlar 2017-ci ilin dekabrın 17-dən ölkənin Baş naziri Mateuş Moravetskinin müvəqqəti hökumətinin işinin müddətini uzatmaqdan imtina ediblər. 

Qeyd edək ki, 66 yaşlı Donald Tusk 2007-2014-cü illərdə Polşanın Baş naziri olub, 2014-2019-cu illərdə isə Avropa İttifaqı Şurasının sədri olaraq fəaliyyət göstərib.