Minlərlə polşalı fermer ölkənin 150 şəhər və kəndində eyni vaxtda ümummilli etiraz aksiyasına hazırlaşırlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Zet" radiostansiyası məlumat yayıb.

Məlumata görə, aksiyanın təşkilatçılarının planlarına əsasən, fermerlər yollara yüzlərlə traktor və digər kənd təsərrüfatı texnikası çıxaracaqlar.

Məlumat üçün qeyd edək ki, Almaniya, Fransa və Rumıniyada da fermerlər tərəfindən belə etiraz aksiyaları keçirilib. 

 

Əli Ağayev