Polşa xüsusi xidmət orqanları casusluqda ittiham olunan iki rusiyalını həbs edib.

İqtisadiyyat.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski bildirib. Onun sözlərinə görə, ruslar Vaqner qrupunun Krakov və Varşavada təbliğat materiallarını yayıblar.

Nazir “Twitter” hesabındakı paylaşımında şübhəlilərin adlarını və digər təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, iyulda "Vaqner PMC" döyüşçülərinin bir hissəsi Rusiyada üsyana uğursuz cəhddən sonra Belarusa keçdikdə, Polşa-Belarus sərhədində vəziyyət gərginləşmişdi.