Polşanın silahlı qüvvələri bu ilin sonuna qədər təxminən 220 min əsgər və zabitdən ibarət olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirilib.

Onun sözlərinə görə, ordunun sayı hər il artacaq və Polşa ordusunun fəal ehtiyat şəklində artması üçün geniş imkanlar var.

Polşa Müdafiə Nazirliyinin 2023-cü ilin oktyabr ayına olan məlumatına görə, Polşa silahlı qüvvələrinin gücü təxminən 187 min əsgər və zabitdən ibarət olub.

 

Gözəl Həşimova