Terror təşkilatı PKK/YPG-nin Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində yaşayış məntəqəsinə təşkil etdiyi hücumda 2 dinc sakin həyatını itirib, 13-ü yaralanıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, PKK/YPG terrorçuları Deyr şəhərinin şərqindəki bölgələrdə ərəb tayfalarının terrordan təmizlədiyi Hacın kəndinə ağır silahlarla hücum edib. Nəticədə biri uşaq olmaqla 2 mülki vətəndaş həyatını itirib. Hücum zamanı yaralanan 7-si uşaq olmaqla 13 mülki şəxs xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, ərəb qəbilələri dünən axşam saatlarında Mənbic çölündə 4 kəndi PKK/YPG-dən təmizləyib.