Almaniyanın müdafiə naziri Boris Pistorius artan qlobal münaqişələr fonunda Silahlı Qüvvələrin əhəmiyyətini vurğulayıb və Almaniyanın "aparıcı tərəfdaş" rolunu öz üzərinə götürməli olduğunu söyləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə alman nazir Hamburqda Bundesver Komandanlıq və Qərargah Kollecinə səfəri zamanı deyib.

"Böhran hadisələri çox vaxt gözlənilmədən baş verir. Mən artıq doqquz aydır ki, vəzifədəyəm, amma mənə elə gəlir ki, doqquz il keçib. Biz beynəlxalq liderliyi - aparıcı güc kimi deyil, aparıcı tərəfdaş kimi götürməliyik", - nazir əlavə edib.

"İndi Avropa İttifaqının tənəzzülünü və Almaniyanın NATO-dan çıxmasını tələb edən tərəflər - istər ifrat sol, istərsə də ifrat sağ - Almaniyanın maraqlarını və təhlükəsizliyini təhlükə altında qoyur", - Almaniyanın müdafiə departamentinin rəhbəri deyib.