İran Prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitinə qatılacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a bildirib.

Səfirin sözlərinə görə, İran liderinin Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır: "Bəli, düşünürəm ki, o, Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək. İndi biz həmin səfərin hazırlanması ilə məşğuluq ki, bu, ikitərəfli münasibətlərimiz üçün faydalı və uğurlu olsun".