"Rusiya prezidenti Vladimir Putini rusiyalıların əksəriyyəti dəstəkləyir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Rusiya lideri bu münasibəti yüksək qiymətləndirir: "Dünyada Putinin hərəkətlərini dəstəkləyənlər də var, dəstəkləməyənlər də. Bu, tamamilə normaldır. Əsas odur ki, Putini Rusiyada insanların böyük əksəriyyəti dəstəkləyir. Bu isə tamamilə təkzibedilməz faktdır”.

 

Gözəl Həşimova