"Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin sonunda ikitərəfli danışıqlar aparıblar".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Məlumata görə, Minskdəki görüşdən sonra Rusiya və Belarus prezidentləri hava limanına gedən yolda danışıqlara davam ediblər.

 

Gözəl Həşimova