"Rusiya prezidenti Vladimir Putin sentyabrın 4-də Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Əlavə edək ki, bu, iki lider arasında taxıl müqaviləsi dayandırıldıqdan sonra ilk görüşdür. Dövlət başçıları sonuncu dəfə 2022-ci il oktyabrın 13-də Astanada görüşüblər.

 

Gülşən Şərif