“Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı ilkin olaraq bir neçə nəfər cinayət məsuliyyətinə cəlb edilib”.

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, bir neçə azyaşlının ölümü ilə nəticələnən hadisənin səbəb və şəraiti ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 körpə ölüb, 3 nəfər tüstüdən zəhərlənib.

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb. Mərkəzin 3 vəzifəli şəxsi məsuliyyətə cəlb edilib.