Nyu-York ştatının səlahiyyətliləri sərinləşdirici içki və qəlyanaltı istehsalçısı olan "PepsiCo"nu Buffalo çayını çirkləndirməkdə və ekologiyaya zərər verməkdə ittiham edib.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Araşdırmalar göstərib ki, "PepsiCo" Buffalo çayını və onun sahillərini ən çox çirkləndirən şirkətdir.  Məlumata görə, "PepsiCo" ən azı 85 növ içki və 25 növ qəlyanaltı istehsal edir və qablaşdırır. Onların əksəriyyəti üçün isə birdəfəlik plastikdən istifadə edilir.

Keçən il mütəxəssislər Buffalo çayının sahillərində araşdırma aparıb və istehsalçıların markalarının tanınması üçün təxminən 2 min ədəd plastik tullantı toplayıblar. Onların 17%-i "PepsiCo" markasını daşıyıb. Bundan əlavə, çayı çirkləndirənlər arasında "McDonald's" və "Hershey's" şirkətlərinin də adı çəkilir.

 

Gözəl Həşimova