"Kiyev hakimiyyəti iddia edir ki, Vaşinqtonun hərbi yardımının əsas hissəsinin dayandırılması səbəbindən hazırda Ukrayna Silahlı Qüvvələrinin bəzi bölmələrində lazımi sursat yoxdur". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander deyib.

"Biz Ukrayna hökumətindən, Ukrayna Müdafiə Nazirliyindən və Ukrayna Baş Qərargahından birliklərin ehtiyac duyduqları sursata malik olmadığına dair hesabatlar almışıq. Onlar bundan narahat olduqlarını bildirir", - ABŞ ordusunun sözçüsü bildirib. 

Uollander həmçinin bildirib ki, ABŞ Ukraynanı yalnız istehsalı üçün müqavilələri 2022-2023-cü illərdə bağlanmış, yəni buna ayrılan vəsait xərclənməmiş silahlarla təmin etməkdə davam edir.