"Oktyabrın 17-dən bəri İraq və Suriyadakı ABŞ bazalarına 55 hücum həyata keçirilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında ABŞ bazalarına edilən hücumlarla bağlı yeni məlumatlar verib.

Hücumların başladığı gündən bu yana 27-si İraqda, 28-i Suriyada olmaqla ABŞ bazalarına 55 hücum edildiyini bildirən Sinq, bu hücumlarda 59 personalın yüngül şəkildə yaralandığını qeyd edib.

Sinq İranla əlaqəli qrupları ABŞ bazalarına edilən hücumlara görə məsuliyyət daşıdığını və ABŞ-nin bu hücumlara cavab vermək hüququna malik olduğunu bildirib.

 

Gözəl Həşimova