Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Bununla bağlı məlumat “koronavirusinfo.az” saytında nəşr olunub.

Bildirilib ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 53.7 faiz. 

Yoluxma digər bölgələr üzrə Abşeronda 12.9 faiz, Aran zonasında 12.4 faiz, Gəncə-Qazaxda 7.8 faiz, Quba-Xaçmazda 2.9 faiz, Lənkəranda 2.7 faiz, Şəki-Zaqatalada 3.5 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.05 faiz, ölkə xarici yoluxma isə 0.3 faiz təşkil edir.

Qeyd edək ki, ötən ay Bakıda koronavirusa yoluxma halı 52,3 faiz qeydə alınmışdı.