Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan Kiyevə gedib. 

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, onun Ukraynaya getməsinin səbəbi Olena Zelenskayanın təşkil etdiyi “Birinci xanımlar və cənablar sammiti”ndə iştirak etməsidir.

Bu il sammitdə Böyük Britaniya, Yaponiya, Türkiyə, İspaniya, Çexiya, Danimarka, İsrail və bir sıra digər ölkələrin liderlərinin həyat yoldaşları və ərləri, Avropa İttifaqının yüksək vəzifəli qadın məmurları, tanınmış jurnalistlər və aktyorlar olacaq. Sammitdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa Parlamentinin sədri Robert Metsola, yazıçı Stiven Fray iştirak edəcək.
Məlumata görə, Anna Akopyan Ukraynaya Ermənistanın ilk humanitar yardımını da aparacaq.

Əlavə edək ki, sammit artıq üçüncü ildir ki, keçirilir. Builki sammitin mövzusu “Psixi Sağlamlıq: Gələcəyin Kövrəkliyi və Dayanıqlığı”dır. Söhbət təkcə müharibədən deyil, həm də pandemiyadan, zəlzələ və digər təbii fəlakətlərdən, iqtisadi böhranlardan, terror aktlarından gedir.

 

Gözəl Həşimova