"Ermənistanın ABŞ ilə birgə təlimlər keçirməsi və ölkənin KTMT-dəki keçmiş daimi nümayəndəsini Niderlanda səfir təyin etməsi İrəvanın nümayişkaranə surətdə Qərbə yönəldiyini göstərir".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Rusiya mətbuatına Rusiya Prezidenti yanında Xarici Əlaqələr Şurasının üzvü, politoloq Boqdan Bezpalko dilə gətirib.

Onun sözlərinə görə, Nikol Paşinyan bir sıra nümayişkaranə addımlar atmaqla Rusiyanın səbrini sınağa çəkir: "Hansı ki, bu addımlar Rusiya ilə müttəfiqlik münasibətlərinə sığmır. Ermənistan açıq şəkildə Rusiya vektorundan Qərbə doğru yönəlməkdədir. Son atılan addımlar bunu simvolizə edir və bütün bunlar Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri pozmaq istəyinin əyani sübutudur”, - deyə rusiyalı ekspert bildirib.

B.Bezpalkonun sözlərinə görə, Ermənistanın KTMT-dən çıxmaq riski var, lakin rəsmi olaraq belə qərar yoxdur. Ekspert rəsmi İrəvanın atdığı bu addımları şantaj elementi kimi qiymətləndirir.