"Biz uzun illərdir ki, "erməni arqumenti" anlayışından istifadə etmişik və Qarabağ problemini bu konsepsiya çərçivəsində həll etməyə çalışmışıq, təəssüf ki, Qarabağ probleminin Ermənistan tərəfindən həll edilməyəcəyini dərk etməmişik", - o bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. 

Paşinyan əlavə edib ki, Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq arqumentlər və hüquqi qüvvəyə malik qərarlar var: "Biz inanırdıq ki, erməni arqumentləri ilə onları zəiflədə və ya ləğv edə bilərik. Problem ondadır ki, biz heç bir məsələni erməni arqumentləri ilə həll edə bilmərik".