"Biz heç vaxt müttəfiqlərimizə xəyanət etməmişik, lakin müttəfiqlərimiz zəifliyimizdən istifadə edərək, etika, əxlaq, öhdəlik və müqavilələrə zidd olaraq qeyri-dost hərəkətlər edirlər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Paşinyan Ermənistan xalqına müraciəti zamanı bildirib. 

"Biz keçən il Roma Əsasnaməsini ratifikasiya etmək qərarına gəldik. Çünki KTMT və digər strukturlar bizim təhlükəsizliyimizə təminat verə bilmir. Roma Əsasnaməsinin ratifikasiyası üçüncü tərəfə qarşı yönəlməyib", - Paşinyan əlavə edib.

O, ölkəsinin vətəndaşlarına müraciət edərək, hər bir vətəndaşın müstəqillik tərəfdarı, yoxsa hansısa ölkənin əyalətinə çevrilməyin tərəfdarı olmasına qərar verməli olduğunu vurğulayıb.