“Ukraynadakı hadisələr nəticəsində Rusiyanın imkanları dəyişib. Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Politico"ya müsahibəsində deyib.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Türkiyə Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrdir: “Ona görə də Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik”.

Paşinyan, eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib: “Hərçənd deyə bilmərəm ki, Rusiya sülhməramlıları Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı”.

 

Gözəl Həşimova